

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Rusiyanın Ukraynada Azərbaycana məxsus enerji obyektlərini vurması heç cür haqq qazandırıla biləcək addım deyil. Bu, açıq şəkildə təxribatdır və Moskvanın özünü regionda zor gücünə təsir vasitəsi kimi göstərmək cəhdidir. Əslində Kreml bu davranışı ilə göstərir ki, enerji təhlükəsizliyini siyasi alətə çevirib”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov diqqətə çatdırıb ki, Azərbaycan uzun illərdir Avropanın enerji şaxələndirməsində mühüm rol oynayır, bu isə Rusiyanın xoşuna gəlmir: “Ona görə də Moskva belə zərbələrlə həm Ukraynaya, həm də Azərbaycana mesaj vermək istəyir: “Qərblə əməkdaşlıq etsəniz, sizin maraqlarınız hədəfdə olacaq”. Lakin Kremlin bu siyasəti köhnəlmiş imperiya yanaşmasından başqa bir şey deyil. XXI əsrdə enerji obyektlərini hədəf almaq yalnız zəifliyin və çarəsizliyin göstəricisidir. Bu, Azərbaycanın və tərəfdaşlarının iradəsini sarsıtmaq əvəzinə, əksinə, onları daha da yaxınlaşdırır. Çünki belə təzyiqlər Bakının Qərblə əməkdaşlığını dayandırmaq əvəzinə, onu gücləndirəcək”.
Politoloq vurğulayıb ki, Rusiya anlamalıdır ki, Azərbaycan nə iqtisadi, nə də siyasi baxımdan geri addım atmayacaq: “Kreml isə bu cür hərəkətləri ilə həm beynəlxalq hüquqa, həm də enerji bazarının sabitliyinə zərbə vurur. Əslində bu addım Rusiyanın təcridini daha da dərinləşdirəcək”.
Röya İsrafilova