

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Məncə, Azərbaycanla Ermənistanın sülh sazişini paraflaması gələcəyə doğru qocaman və müsbət bir addımdır. Bu addım regiona rifah və stabillik gətirəcək. Həmçinin, tərəflər arasında etimad yaradılmasına öz töhfəsini verəcək”.
Bunu İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun APA-ya müsahibəsində deyib.
Səfir xatırladıb ki, həm İsrail Baş naziri Benyamin Netanyahu, həm İsrail Prezidenti Herzoq tərəfləri bu münasibətlə təbrik edib.
“Bizim bu məsələyə töhfəmizə gəldikdə isə, bilirsiniz ki, İsrailin ABŞ və Azərbaycanla münasibəti həddindən artıq yaxın və stratejidir. Əlbəttə, İsrailin marağındadır ki, bu ölkələr arasında da yaxşı əlaqələr olsun. Biz tərəflərin görüşünə təvazökarlıqla kömək və dəstəyimizi göstərmişik. Şadam ki, bu sahədə nəticə uğurlu alınıb. İnanıram ki, gələcəkdə daha böyük nailiyyətlər əldə olunacaq”, - səfir vurğulayıb.