

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Çinin moderatorluğu ilə Şaxay Əməkdaşlıq Təşkilatının 25-ci zirvə görüşü keçirildi. Çin Qarb Alyansına qarşı alternativ ŞƏT yaradıb. Amma, bu illər ərzində ŞƏT Qərb Alyanslarına alternativ ola bilmir. Sadəcə amorf qurum olaraq uzun illərdir fəaliyyət göstərir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı Avropa İttifaqı, NATO kimi təşkilatlar qarşısında kifayət qədər zəifdir. Çünki, Avropa İttifaqı demokratik dəyərlərə və liberal iqtisadiyyata əsaslanır. Üzv ölkələr arasında qarşılıqlı etimad və ciddi siyasi kordinasiya var. Ölkələr arasında bütün sahələrdə birgə fəaliyyət var. Və fəaliyyəti beynəlxalq hüquqa söykənir:
"Şanxay Əməkdaşlıq Təşkilatının daxilində Rusiya kimi aqressor ölkə, Hindistan-Pakistan arasında dərin düşmənçilik və Çinlə-Hindistan arasında dərin siyasi böhran təşkilatın yeni dünya siyasi nizamının qurulmasına və təsir etməsinin qarşısını alır. Xüsusilə, Çin bu problemlər fonunda təşkilat vasitəsilə öz geosiyasi nizamını qura bilməz. Sadəcə, Çin öz iqtisadiyyatı ilə nüfuzunu genişləndirə bilər.
ŞƏT daxilində qanunin aliliyi və beynəlxalq hüquqa hörmət kimi dəyərlər kağız üzərindədir.
Şanxay Əməkdaşlıq Təşkilatının böyüyüb, Avropa İttifaqı və NATO kimi dünya siyasi nizamını yönəldəcək kimi təşkilat olması mümkün görünmür.
Azərbaycan sadəcə Çinlə siyasi-iqtisadi əlaqələri inkişaf etdirmək və Orta Dəhlizin səmərəliliyinin artırılması üçün bu təşkilatla əməkdaşlıq edir. Azərbaycanın marağındadir ki, Çindən gələn yüklər Azərbaycan üzərindən Qərbə və əks tərəfə daşınsın.
Azərbaycan Qərblə əməkdaşliq etməklə, ABŞ vasitəçiliyi ilə Ermənistanla sülh əldə edildi. Və regionda təhlükəsizlik təmin edildi. Azərbaycan prezidenti cənab İlham Əliyev prosesləri obyektiv qiymətləndirməklə, iki güc arasında ölkəmizin siyasi -iqtisadi maraqlarını uğurla təmin edir. Bir növ Azərbaycan Sakit -Hind okean periferyası ilə Atlantik okean periferyası arasında bir dəhliz olmaqla, yeni bir siyasi nizamda regionda mövqeyini gücləndirir".
Cavid