

Arxiyepiskop Mikael Acapaxyanının həbsinin uzadılması ilə bağlı apellyasiya şikayəti verilib
Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşəcək
Ankara Şəhər Şurası Azərbaycanın Türkiyədəki səfirliyi ilə əməkdaşlıq edəcək.
Bu barədə "Report"un Türkiyə bürosuna açıqlamasında Ankara Şəhər Şurasının sədri Halil İbrahim Yılmaz məlumat verib.
Onun sözlərinə görə, bu istiqamətdə səfirliklə danışıqlar aparılıb və müzakirələr müsbət nəticələnib:
"Ankara Şəhər Şurası bu günədək bir sıra mühüm tədbirlərə ev sahibliyi edib və Azərbaycanla da çox yaxşı əlaqələri var. Artıq yeni əməkdaşlığımızın nəticəsi olaraq Azərbaycanla bağlı xüsusi günləri birlikdə qeyd edəcəyik. Azərbaycanlı qardaşlarımız da məkanımızdakı bütün səhnələrdən istifadə edə bilərlər".
H.İ.Yılmaz Ankara Şəhər Şurası haqqında da məlumat verərək qurumun 2020-ci ildə təsis edildiyini söyləyib:
"İki il əvvəl Şuranın tərkibində Diplomatik Məclis yaradılıb və sədri tanınmış diplomat Metin Kılıçdır. Məqsəd Ankaradakı bütün diplomatik nümayəndəliklərlə əlaqələri genişləndirmək, diplomatiya mədəniyyətini gücləndirmək və paytaxtı qonaqlarla birlikdə daha rəngarəng etməkdir. Bu günədək bir çox ölkələrin Türkiyədəki diplomatik korpusları Diplomatik Məclis vasitəsilə xüsusi günlərini Ankara Şəhər Şurasında qeyd ediblər. İndi Azərbaycan səfirliyinin də bu təşəbbüsə qoşulması təqdirəlayiqdir".