“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
16:10
1 295
“Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması istiqamətində mühüm irəliləyişlərin əldə olunduğu bir mərhələdə İrəvanın yenidən silahlanma xəttinə qayıtması ciddi narahatlıq doğurur”.
Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “xalqcebhesi.az”a açıqlamasında deyib.
Deputat bildirib ki, Ermənistanın Hindistandan çoxməqsədli qırıcı təyyarələr alması ilə bağlı müqaviləni yekunlaşdırması formal olaraq həmin ölkənin daxili qərarı sayılsa da, real vəziyyətdə bu addım region üçün risk yaradır: “Hazırkı şəraitdə – bölgədə sülh təşəbbüslərinin intensivləşdiyi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün praktiki addımların atıldığı bir dövrdə belə addımlar atmaq anlaşılan deyil. Azərbaycan 44 günlük Vətən müharibəsində və lokal antiterror tədbirlərində əldə etdiyi qələbədən sonra hərbi əməliyyatları öz sərhədlərindən kənara çıxarmadı, əksinə beynəlxalq hüquqa uyğun sülh gündəmini irəli sürdü. Ermənistan isə bunu dəyərləndirmək əvəzinə yeni silahlanma yarışına qoşulur. 30 illik münaqişə dövründə regionda gərginlik Azərbaycanın deyil, Ermənistanın işğal və təcavüz siyasətindən qaynaqlanıb. Əslində Ermənistanı heç bir qüvvə təhdid etmirdi və bu gün də etmir. Azərbaycanın hərbi-siyasi qələbəsi ilə regionda revanşist planlar tam iflasa uğrayıb. Buna baxmayaraq, İrəvan yenidən silahlanmağa cəhd göstərirsə, bu, yalnız yeni təxribatlara zəmin yarada, revanşizmi qidalandıra bilər. Bu addım müdafiə yox, daha çox gələcək avantüralara hazırlıq təəssüratı yaradır”.
Millət vəkili hesab edir ki, Ermənistan rəhbərliyi konstruktivlik göstərməli və təhlükəsizliyi silahlanmada deyil, normal qonşuluq münasibətlərində görməlidir.
Günel Elxan