 
                
                
                
             
                
                
                
             14:27
14:27 973
973
“Noyabrın 3–6-sı Bakıda keçirilməsi planlaşdırılan Avropa konfransının sonradan ləğv edilməsi ilə bağlı yayılan məlumatlar müxtəlif müzakirələrə səbəb olub. Məsələnin həm təhlükəsizlik, həm də diplomatik həssaslıq aspektləri diqqət mərkəzindədir”.
Bunu “Xalqcebhesi.az”a açıqlamasında politoloq Samir Hümbətov bildirib. 
Onun sözlərinə görə, bu qərarın əsas və ilk səbəbi təhlükəsizlik amilləri ilə bağlıdır:
“Konfransın dayandırılmasının birinci səbəbi təhlükəsizlik məsələsidir. Biz qonşu dövlətləri və digər region ölkələrini nəzərə alsaq, həmin şəxslərə qarşı terror təhdidi və ya hücum ehtimalları mövcud idi. Prosesin siyasi tərəfi də diqqətdən qaçmamalıdır. Azərbaycan multikultural dövlətdir və bütün dini dəyərlərə hörmətlə yanaşır. Lakin digər müsəlman ölkələrinin bu məsələyə fərqli yanaşmaları var. İsrail də görünür ki, Azərbaycanı çətin vəziyyətə salmamaq üçün tədbiri başqa yerə keçirmək qərarı verdi”.
Samir Hümbətov qeyd edib ki, məsələdə əsas prioritet təhlükəsizlikdir: “Əsas məsələ təhlükəsizliyin təmin edilməsidir. İstənilən neqativ halın qarşısını almaq üçün bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olmalıdır. Bu qərarla həm gərginliyin qarşısı alındı, həm də Azərbaycan çətin situasiyadan kənarda saxlanıldı”.
Günel Elxan
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    