Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
6 Noyabr 2025 18:04
2 667
6 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan NATO nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən xəbərə görə, nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.
Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
İşğal tarixi, postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə səfirlərə məlumat verib. Bununla yanaşı, bölgədəki mina təhdidi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
13 Sentyabr 14:54
812
12 Sentyabr 10:20
1 239
12 Sentyabr 10:18
2 807