Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
13 Noyabr 2025 16:56
2 688
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.
Bu barədə FHN-dən məlumat verilib.
Nazir Kəmaləddin Heydərov səfir Ronen Krauszu səmimi salamlayaraq, ölkəmizdə fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan ilə İsrail arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin daim genişləndiyini xatırladan nazir, bu çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.
Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər barədə səfirə ətraflı məlumat verən K.Heydərov, qurumlar arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb.
Səmimi görüşə və təbrikə görə təşəkkürünü bildirən İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz iki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib. Səfir R.Krausz fövqəladə halların idarə edilməsi üzrə uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


16 Oktyabr 20:15
854
16 Oktyabr 19:07
931
16 Oktyabr 17:51
889