Azərbaycana idxal edilən hibrid avtomobillərin dəyəri 1 milyard dollara yaxınlaşıb
Gürcüstan vətəndaşları xaricdə parlament seçkilərində səs verə bilməyəcəklər
Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası Türkmənistanda türkmən dilində təqdim edilib
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın “Benfika” ilə cavab oyununun vaxtı və yeri açıqlanıb
11:01
819
“Biz həmişə demişik və belə də qəbul etmişik ki, Azərbaycan Orta Asiyadan ayrı deyil. Çünki Orta Asiya bizim üçün Türküstandır. Azərbaycan da bir türk dövlətidir və təbiidir ki, biz Türküstandan ayrı ola bilmərik. Bundan əlavə, tarixin bütün mərhələlərində Orta Asiya türklərinin Azərbaycandan keçdikləri olub. Eləcə də azərbaycanlıların həmişə Orta Asiya ilə bağları olub. Yəni eyni millətik, eyni gendən, kökdən, soydan gəlirik, ayrı ola bilmərik”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət söyləyib.
A.Həsrət vurğulayıb ki, bu baxımdan Prezident İlham Əliyevin Orta Asiya dövlətlərinin Məşvərət Toplantısına dəvət edilməsi və nəticədə Azərbaycanın da artıq daimi əsaslarla o quruma üzv edilməsi bizi sevindirir: “Bu, bizim hədəfimiz, məqsədlərimiz sırasında idi. Bu hədəfə çatmış olduq. Əlbəttə, belə hədəflərin gerçəkləşməsində Prezident İlham Əliyevin möhtəşəm rolu olub və olmaqda da davam edir. Mən hər zaman demişəm ki, nə qədər ki, İlham Əliyev Azərbaycana rəhbərlik edir bizim özəlliklə də türk dünyası ilə bağlı ideallarımız daha sürətlə gerçəkləşəcək. Baş verən bu hadisə də türk dünyası ilə bağlı ideallarımızdan daha biri idi, gerçəkləşdi. Təbiidir ki, bu, İlham Əliyevin sayəsində gerçəkləşdi. Belə davam edək. Əminəm ki, Azərbaycan xalqı da, digər türk dövlətlərinin xalqları da buna görə İlham Əliyevə çox minnətdardır”.
Röya İsrafilova
12:31
336
11:02
581
10:53
567