İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
28 Noyabr 2025 13:53
4 739
“ATƏT-in Minsk qrupunun buraxılması ilk növbədə Azərbaycan Respublikasının yaratdığı yeni reallıq fonunda diqtəedici qüvvə kimi imkanlarının və qlobal siyasətə təsir gücünün göstəricisidir. Azərbaycan Respublikası Vətən müharibəsi və antiterror tədbirləri ilə Azərbaycan və Ermənistan arasında düyün nöqtəsinə birmənalı şəkildə son qoyaraq yeni geosiyasi konfiqurasiya yaratsa da, ayrı-ayrı güclər ATƏT-in Minsk qrupunun formal varlığı hesabına münaqişənin guya davam etməsi və nəticədə bölgəyə yad qüvvələrin gəlməsi hansısa formada vasitəçəlik rolu barədə vəziyyəti, situasiyanı diqtə etmək istəyirdilər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Deputat əlavə edib ki, lakin Azərbaycan Respublikasının bu istiqamətdə qətiyyətli davranışı və Vaşinqtonda qlobal güclərin, rəsmi Vaşinqton özü başda olmaqla bu reallığı qəbul etməsi Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk qrupunun buraxılmasına dair müvafiq protokolun imzalanması artıq bütövlükdə qlobal miqyasda Azərbaycanın bu şərtinin qəbullanıldığını göstərmiş oldu: “Çünki ATƏT-in Minsk qrupunun aktiv fəaliyyəti dövründə bölgədə hansısa formada irəliləyişə, Azərbaycan və Ermənistan arasında sülh, sabitlik, dayanıqlı əməkdaşlıq istiqamətində hansısa formada bir yeniliyə imza atılmamışdı, əksinə, ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə mövcud münaqişəni o zaman dondurmağa və bununla da münaqişənin tarixinin illərlə, bəlkə də on illərlə, yüz illərlə uzanmasına səbəb olan status-kvo formalaşdırmaq istəyirdi. Lakin Azərbaycanın qələbəsi və qələbədən sonra cənab İlham Əliyevin qələbənin nəticələrinin dayanıqlılığının təmini istiqamətində atdığı addımlar və göstərdiyi iradə bugünkü cari milli maraqlarımızın ehtiva olunduğu və Azərbaycan-Ermənistan arasında münasibətlərin istismar olunmasına tamamilə əngəl olan situasiyanı meydana çıxardı”.
Röya İsrafilova
16 Yanvar 18:35
1 092
16 Yanvar 17:57
1 071
16 Yanvar 17:31
1 092