ATƏT rəsmisi: Bakı və İrəvan sülhə doğru böyük addım atıblar Siyasət

ATƏT rəsmisi: Bakı və İrəvan sülhə doğru böyük addım atıblar

Ermənistan və Azərbaycan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyişə nail olublar.

"Report"un xəbər verir ki, bu barədə ATƏT-in münaqişələrin qarşısının alınması mərkəzinin direktoru Keyt Firon bəyan edib.

"Ermənistan və Azərbaycan sülhə nail olmaq məsələsində böyük irəliləyiş əldə ediblər. Bu, bizə bir daha diplomatiyanın gücünü xatırladır. Nazirlər şurasının qərarına uyğun olaraq, həftənin əvvəlində biz rəsmi olaraq ATƏT-in Minsk prosesini bağladıq", - o, Avstriyanın paytaxtı Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasının yekunları üzrə mətbuat konfransında bildirib.

K.Firon, həmçinin vurğulayıb ki, diplomatiya və dialoq regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün ən güclü vasitə olaraq qalır.