21:59
966
Rəcəb Tayyib Ərdoğanın bir cümləsinin qardaş Azərbaycan xalqı üçün dəyəri nə qədər ola bilər, sizcə?
27 sentyabr 2020-ci ildə — 44 günlük müharibənin başlandığı gün Ərdoğan çıxışında demişdi: “Bu, Azərbaycanın haqq mübarizəsidir. Kim müdaxilə etsə, qarşısında Türkiyəni görəcək.”
Bir cümlə kifayət etdi ki, heç kim müharibəyə qarışmasın. Əgər kənar qüvvələr müdaxilə etsəydi, bu savaş bəlkə də dünya müharibəsinə çevriləcəkdi və sonsuza qədər davam edə bilərdi. Elə Rusiya–Ukrayna müharibəsi kimi: milyonlarla insan itkisi, 2 trilyondan artıq maddi ziyan, Ukraynanın yeraltı və yerüstü sərvətlərini güzəştə getməsi… Lakin yenə də müharibəni dayandırmaq mümkün olmayıb.
Demək, Ərdoğanın həmin bir cümləsinin dəyəri bizim üçün məhz bu rəqəmlərlə ölçülə bilər. Şəhidlərimizin həyatını isə heç bir qiymətlə ölçmək mümkün deyil. O, tamam başqa bir ucalıqdır. Amma məhz o möhkəm siyasi iradə olmasaydı, bu müharibə 44 günə bitməzdi. Biz də Ukrayna kimi bütün sərvətlərimizi versək belə, nəticə bu cür olmayacaqdı.
Var olun, dəyərli Rəcəb Tayyib Ərdoğan! sözünüzün qiyməti ölçülməzdir.
Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycana səfərinizi avtomobillə məhz Zəngəzur dəhlizindən keçərək edəcəksiniz. İnşallah, o günlərə çox az qalıb.
Laçın Abasov
Sosial Tədqiqatlar Mərkəzi
