16:22
609
Ermənistan Baş nazirinin mövqe sürüşkənliyi artıq vərdiş mərhələsindədir. Hakimiyyətə gəldiyi ilk gündən dəfələrlə mövqe dəyişikliyi edən Baş nazir bu dəfə də adətinə xilaf çıxmayıb. Avropa Birliyi ilə imzaladığı sazişlə bağlı mediaya müsahibə verən Paşinyan Azərbaycan-Ermənistan arasında imzalnacaq sülh müqaviləsinin uzanmasının səbəbkarı kimi Azərbaycanı göstərib. Paşinyanın son mesajları nəyə xidmət edir?
Sülh müqaviləsinin imzalnmasına doğrudanmı Azərbayna mane olur - , sualı ilə politoloq Bakir Həsənbəyliyə mütaciət etdik.
Politoloq bildirdi ki, Paşinyanda tipik erməni xarakteri var. Bu fitrətən olan xarakterdir. Dəyişilməsi qeyri-mümkündür. Əslində sülh szişinin imzalnmasını gecikməsinin birbaşa səbəkarı Ermənistandır. İstər erməni Baş nazir, istərsə də, Ermənistan XİN rəhbəri Azərbaycanın haqlı tələblərini manipulyasiya edəcək hərəktlərə yol verirlər. Əslində Azərbaycanın konkret tələbi məhz Ermənistan
Konstitusiyası ilə bağlıdır. Paşinyan Konstitusiyadakı Azərbaycan ərazilərinə iddia ilə bağlı bəndləri göz ardı edir və bunu elə həmin sənədin 5-ci bəndinin 3-cü hissəsi ilə izah etməyə çalışır. Və əlavə edir ki, əgər Konstitusiya məhkəməsi hər iki ölkə arasında imzalanan sənədi təsdiq etməzsə, o, halda özü referendumla bağlı təşşəbbüs göstərəcək.
Əvvəla Paşinyan özü də bilir ki, erməni cəmiyyəti parçalanmş haldadır və müxtəlif təsir agentləri vasitəsilə istiqamətləndirilir. Bu dəfələrlə belə olub. Belə olan təqdirdə Paşinyan komandası növbəti il keçirilməsi nəzərdə tuutlan parlament seçkilərində qalib gəlməsələr o, halda nə baş verəcək? Axı məhz həmin Ermənistan Konstitusiya Məhkəməsi Qarabağ canisi Köçəryanı, elə həmin Konstitusiya ilə prezident elan edib. Düz 10 il bu cani işğalçı ölkəyə rəhbərlik edib.
Bu kimi hadisə bundan sonra baş verə bilərmi? Əlbəttə. O, halda erməni baş nazir hal-hazırda iki stulda əyləşmək iddiasında ola bilər. Lakin ən qısa zamanda istər rəsmi Moskva, istərsə də, Qərb öz stullarının haqqını Paşinyandan istəyəcəklər.
Bütün situatsiyaları nəzərə alsaq Paşinyanın iki stul siyasəti keçərli olmayacaq. Paşinyan unudur ki, onun və ölkəsinin xilas kodeksi Türkiyə və Azərbaycanla səmimi, dürüst münasibətdən keçir.
Cavid