“Bu reallıqların nəzərdən qaçırılması nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbulediləndir”
“Azərbaycan xalqının yaşadığı tarixi ədalətsizliklər kollektiv yaddaşdan silinməməlidir”
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib
Nazir və komitə sədrlərinin 2026-cı ilin yanvar ayında keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
15:53
763
“Ağdamda çıxışı zamanı Prezident İlham Əliyevin beynəlxalq təşkilatların Ermənistanı illər boyu siyasi, iqtisadi və təhlükəsizlik müstəvilərində dəstəkləməsi ilə bağlı səsləndirdiyi fikirlər həm keçmişin siyasi reallıqlarına qiymət, həm də postmünaqişə dövrü üçün yönləndirilmiş strateji mesajdır”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların və müəyyən güc mərkəzlərinin uzun illər Ermənistana göstərdiyi selektiv dəstək regionda ədalətli həll modelini gecikdirib və Cənubi Qafqazda davamlı sülhün qarşısını alan əsas amillərdən biri kimi çıxış edib:
“Prezidentin bu bəyanatı göstərir ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində təkcə proseslərin iştirakçısı deyil, istiqamət verən və prinsipial mövqedən çıxış edən aktordur. İkili standartların ifşa olunması Azərbaycanın sülh prosesinə yanaşmasının nə qədər rasional və hüquqa əsaslandığını ortaya qoyur”.
Politoloq qeyd edib ki, bu mesajlar diplomatik müstəvidə mühüm təsir gücünə malik ola bilər:
“Azərbaycanın narahatlıqlarının açıq şəkildə beynəlxalq gündəmə çıxarılması vasitəçilərin gələcək fəaliyyətində daha balanslı, obyektiv və hüquqa söykənən yanaşmanı zəruri edir. Bu xüsusilə sülh sazişi, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması kimi məsələlərə birbaşa təsir göstərə bilər. Prezident İlham Əliyevin mövqeyi regionda real sabitliyin yalnız formal bəyanatlarla deyil, siyasi iradə və ədalətli beynəlxalq yanaşmanın mövcudluğu ilə mümkün olduğunu göstərir.Əgər beynəlxalq təşkilatlar tərəfsiz və hüquqa əsaslanan mövqe nümayiş etdirəcəklərsə, bu, Cənubi Qafqazda uzunmüddətli sülhün gerçəkləşməsinə real zəmin yaradacaq”.
Günel Elxan
17:07
462
16:56
441
16:51
399