XİN: Aİ-dən Ermənistana 20 milyon avro ayrılacaq, eyni məbləğin Azərbaycana da ayrılması vacibdir Siyasət

XİN: Aİ-dən Ermənistana 20 milyon avro ayrılacaq, eyni məbləğin Azərbaycana da ayrılması vacibdir

“Avropa Sülh Fondu ilə bağlı müəyyən dövr əvvəl məsələ qalxmışdı. Ermənistana 10 milyon dollar vəsaitin ayrılması barədə qərar var idi”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bəzi ölkələrdən Ermənistana belə yardım edilirsə, Azərbaycana da edilməli olduğunu deyənlər oldu: “Bu prinsipial mövqedən çıxış edən ölkələrdən biri Macarıstan idi. Ondan sonra Avropa Sülh Fondu hesabına yox, başqa mənbələr hesabına Azərbaycana da 10 milyon avro vəsait ayrıldı. Bu minatəmizləmə işlərinə ayrılmışdı. Bizim məlumatımız var ki, Aİ-dən Ermənistana 20 milyon avro ayrılacaq, eyni məbləğin Azərbaycana da ayrılması vacibdir. Bu istiqamətdə iş davam etdiriləcək. Macarıstandan olan partnyorlarımız bu mövzuda bizə dəstək olurlar, bundan sonra da olacaqlar”.