“Regionda gərgin diplomatiya”
10 Fevral 20:45
10 Fevral 20:45
10 Fevral 20:30
10 Fevral 20:19
10 Fevral 20:11
Əraqçi: İran dinc məqsədlərlə atom enerjisindən istifadəni təmin edən saziş təklifi üzərində işləyir
İran: ABŞ danışıqların yalnız nüvə məsələsi ilə bağlı olmalı olduğu qənaətinə gəlib
Rusiya bölgələri və Xəzər dənizi üzərində 10 Ukrayna pilotsuz uçuş aparatı vurulub
ABŞ Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
22 Yanvar 15:02
1 799
“Qazla işləyən elektrik stansiyası göstərir ki, Azərbaycan təkcə xammal qaz ixracatçısı kimi qalmaq istəmir, enerji zəncirinin digər mərhələlərinə də keçir. Elektrik enerjisi istehsalına keçir, yəni qazdan artıq məhsul istehsal edir. Azərbaycan Balkan ölkələrində, o cümlədən Serbiyada alternativ etibarlı təchizatçı rolunda güclənir”.
Bunu xalqcebhesi.az-a iqtisadçı ekspert Xalid Kərimli Serbiya Prezidentinin Serbiyanın Azərbaycanla əməkdaşlığı genişləndirəcəyi haqqında fikirlərinə uyğun olaraq söyləyib.
X.Kərimli eləcə də Cənub Qaz Dəhlizinin rolunun artdığını vurğulayıb: “Enerji istehsalına keçmək ölkəmiz üçün əhəmiyyətlidir. Bunun nəticəsində ölkəmiz həm pul qazanacaq, həm də bu ölkələrlə münasibətləri formalaşacaq. 600 milyon dollarlıq investisiya qoyuluşu Azərbaycan üçün əhəmiyyətlidir. Biz artıq kapital ixrac edən ölkə kimi formalaşırıq, özümüz investisiya qoyuruq, Avropa bazarlarına çıxırıq. Bu enerji istehsalına keçməyin özü fəaliyyətin diversifikasiyasıdır. Çünki elektrik enerjisi ərzaq kimi evlərin vacib alışıdır. Çox əhəmiyyətlidir. Eyni zamanda, enerji sahəsindəki əməkdaşlıq digər sahələrdə də münasibətlərin yaxşı olmasına gətirib çıxarır”.
Ekspert əlavə edib ki, Serbiya balaca ölkə deyil, Avropa İttifaqına namizəd ölkədir, Balkanlarda ən vacib ölkələrdən biridir: “Serbiya ilə əməkdaşlıq ölkəmiz üçün vacibdir. Həmçinin birbaşa uçuşların açılması biznes əlaqələrini gücləndirir, turizm, xidmət sektoru üçün yaxşıdır. Bütün bunlar da sonradan real iqtisadi əlaqəyə çevrilir. Yəni birbaşa uçuşların olması əlaqələrin daha da yaxşılaşmasına imkan verir”.
Röya İsrafilova
10:07
518
10 Fevral 21:00
1 267
10 Fevral 20:59
1 204