21:14
1 134
“Bildiyiniz kimi, Nikol Paşinyanı ABŞ hakimiyyətə gətirdikdən sonra o, Rusiyanın Ermənistanda nüfuzunu zəiflətmək istiqamətində fəaliyyət göstərir”.
Bu sözləri politoloq Azad Məsiyev Xalqcebhesi.az-a açıqlamasında deyib.
Onun fikrincə, bu siyasət həm iqtisadi, həm hərbi, həm də siyasi sahələri əhatə edir. Ümumiyyətlə, Ermənistan iqtisadi baxımdan hələ də Rusiyaya bağlıdır – enerji təminatı, dəmiryolu infrastrukturu və idxal-ixrac fəaliyyətləri Rusiya bazarı ilə əlaqəlidir:
“Paşinyan apardığı siyasət nəticəsində Zəngəzur dəhlizinin idarəçiliyi ABŞ himayəsinə keçib ki, bu da Rusiya tərəfini ciddi narahat edir. Rusiya dəfələrlə bəyan edib ki, Ermənistanın dəmiryolu infrastrukturu Rusiyanın şirkətlərinə məxsus olmalıdır. Lakin Paşinyan bu 42 km-lik dəmiryolu Rusiyaya vermək istəmir. Bu, siyasi münasibətlərdən qaynaqlanan problemdir və Paşinyanın əsas məqsədi Ermənistanda Rusiyanın nüfuzunu zəiflətməkdir.Ermənistan müstəqil dövlət olmaq istəyirsə, qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalı və nəqliyyat infrastrukturunu açaraq dünya bazarına çıxmalıdır. Lakin Paşinyanın apardığı siyasət balanslaşdırılmış deyil, qarşıdurma siyasətidir. Bu gərginlik ABŞ və Rusiya maraqlarının toqquşmasından yaranır və nəticədə Ermənistanın stabilliyini pozur. Paşinyanın siyasəti ölkədə gərginliyi artırır və region üçün risklər yaradır”.
Günel Elxan