“Paşinyanın isti mesajları seçki prosesində Rusiyanın mövqeyini yumşaltmağa hesablanıb” Siyasət

“Paşinyanın isti mesajları seçki prosesində Rusiyanın mövqeyini yumşaltmağa hesablanıb”

“Paşinyanın Rusiya haqqında isti mesajlar verməsi, üstəlik də bunu hazırda Rusiya ilə çox kəskin münasibətləri olan Polşada verməsi seçki prosesində Rusiyanın mövqeyini bir qədər yumşaltmağa hesablanıb”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu söyləyib ki, ona görə də həm 102-ci baza haqqında fikirlər səsləndirərkən bu bazanın Ermənistandan çıxarılması ilə bağlı planlarının olmadığını bildirir, həm də ABŞ-də Azərbaycanla paraflanmış sülh layihəsinin əsası kimi də 10 noyabr 2020-ci ildə Rusiyanın iştirakçılığı ilə əldə edilmiş razılaşmanı göstərir: “Yəni bu, Paşinyanın özünəməxsus tərzdə Rusiyaya jestləri hesab edilə bilər. Əvəzində isə Rusiyadan 7 iyun seçkilərində daha neytral mövqe gözləntisi içərisində ola bilər. Yəni verilən mesajların məqsədi və mahiyyəti bundan ibarətdir. Amma Paşinyanın bu jestinin Rusiyada nə dərəcədə adekvat qarşılanacağını isə yəqin ki, yaxın günlərdə Rusiya rəsmilərinn və yaxud media subyektlərinin bu məsələyə münasibətində görəcəyik”.

Röya İsrafilova