“Tehran münasibətləri riskə atır” Siyasət

“Tehran münasibətləri riskə atır”

“Azərbaycan–İran münasibətlərində yaranmış mövcud vəziyyət İranın yanlış addımları nəticəsində ortaya çıxıb”.

Bu fikirləri politoloq Zeynal Əmrəli Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan müharibə başlayandan etibarən öz ərazisinin İrana qarşı istifadə olunmasına imkan verilməyəcəyini bəyan edib və bu mövqeyinə sadiq qalıb: “Azərbaycan hətta Livanda qalan İran səfirliyinin əməkdaşlarının ölkələrinə qaytarılması üçün əməli addımlar ataraq Tehrana dəstək göstərib.Azərbaycan hər zaman mehriban qonşuluq və dostluq münasibətlərinə sadiq qalıb. Hətta Prezident İlham Əliyev dünyada ilk dövlət başçılarından biri kimi İran səfirliyinə gedərək Əli Xameninin ölümü ilə bağlı başsağlığı verib. Buna baxmayaraq, İran tərəfinin sərt mövqeyi müşahidə olunur”.

Z.Əmrəlinin sözlərinə görə, artıq bir sıra dövlətlər bu hadisə ilə bağlı Azərbaycana dəstək ifadə edib və beynəlxalq hüquq baxımından bu mövqe təbiidir: “Azərbaycan İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyib və etməyəcək, lakin ölkə hər zaman öz təhlükəsizliyini və suverenliyini qorumağa hazırdır”.

Günel Elxan