08:26
679
Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıq bir həqiqəti açıq şəkildə göstərir: Azərbaycan artıq təkcə regional deyil, həm də daha geniş geosiyasi məkan üçün mühüm siyasi aktora çevrilib. Bu reallığın əsas sütunlarından biri isə ölkənin təhlükəsizliyi məsələsində nümayiş etdirdiyi prinsipial mövqedir.
Bunu xalqcebhesi.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev üçün dövlətin təhlükəsizliyi dəyişməz və keçilməz qırmızı xətdir. Dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində dəfələrlə sübut edib ki, bu xəttin pozulmasına heç kimə imkan verilməyəcək. Son hadisələr, xüsusilə İran ərazisindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumları bu prinsipin növbəti dəfə praktiki təsdiqi oldu:
"Martın 5-də baş verən hadisə təkcə lokal təhlükəsizlik məsələsi deyildi. Bu, regiondakı güc balansı və dövlətlərin bir-birinə münasibəti baxımından ciddi siyasi mesajlar daşıyan insident idi.
Hadisə baş verən kimi Prezident İlham Əliyevin reaksiyası gecikmədi. Dövlət başçısı dərhal sərt mövqe ortaya qoyaraq Tehranın məsuliyyət daşıdığını bildirdi və İran tərəfinin hadisəyə aydınlıq gətirməsini tələb etdi. Bununla yanaşı, rəsmi Bakı açıq mesaj verdi ki, əgər məsələ ciddi şəkildə araşdırılmasa və izahat verilməsə, bunun ağır nəticələri ola bilər.
Bu mövqe təkcə diplomatik bəyanat səviyyəsində qalmadı. Azərbaycan Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi, regionda təhlükəsizlik tədbirləri gücləndirildi və İranla quru yükdaşımalarının məhdudlaşdırılması kimi addımlar atıldı.
Bu addımlar göstərdi ki, Bakı təhlükəsizlik məsələsində yalnız siyasi bəyanatlarla kifayətlənmir, eyni zamanda real təsir mexanizmlərindən istifadə etmək imkanına malikdir".
Cavid
9 Mart 16:54
1 407
9 Mart 16:52
1 337
9 Mart 16:49
1 414