29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
2 May 14:19
67 326
“Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası bu strukturlar zaman-zaman Azərbaycana, onun müxtəlif strukturlarına, şəxslərinə qarşı qərəzli bu və digər fikirlər, ittihamlar səsləndiriblər, bəyanatlar qəbul ediblər. Hətta Azərbaycanın apardığı uğurlu fəaliyyətlər, COP29 və digər bu kimi çalışmalarda da biz bu avropalı strukturların qərəzli yanaşmasının təəssüf ki, şahidi olmuşuq”.
Bunu xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
M.Göyüşlü vurğulayıb ki, bu bəyanat, açıqlama və fikirlər Avropa Parlamentini, Avropa İttifaqını yönləndirən, siyasətini həyata keçirən şəxslərin növbəti qərəzidir: “Bunlar qəbul ediləcək məsələlər deyil. Bu məqamlar Azərbaycanı fəaliyyətdən saxlaya bilməz, bizi doğru yoldan çəkindirə bilməz. Azərbaycan Milli Məclisinin, Azərbaycan aidiyyəti qurumlarının Avropa Parlamenti və digər qurumlarla fəaliyyətini məhdudlaşdırması, dayandırması, təmsilçilik məsələlərinə yenidən baxması və digər məsələlər hesab edirəm ki, Azərbaycan tərəfindən atılmış doğru addımdır”.
Röya İsrafilova
30 Avqust 10:00
5 110
29 Avqust 11:12
1 722
28 Avqust 19:34
1 897