Sülh iqtisadi artımı artıracaq – ekspert Siyasət

Sülh iqtisadi artımı artıracaq – ekspert

“Xalid Kərimli hesab edir ki, Azərbaycan ilə Ermənistan arasında kommunikasiya və ticarət əlaqələrinin açılması hər iki ölkənin iqtisadi inkişafına ciddi töhfə verəcək”.

Bunu iqtisadçı ekspert xalqcebhesi.az-a açıqlamasında bildirib

Onun sözlərinə görə,bu proses yalnız qarşılıqlı ticarətin artması ilə məhdudlaşmayacaq:
“Azərbaycanla Ermənistan arasında kommunikasiya-ticarət əlaqələrinin açılması hər iki ölkə üçün sinerji effekti yaradacaq. Bu, sadəcə riyazi toplama formasında deyil, daha böyük iqtisadi nəticələr verən həndəsi artım effekti olacaq. Əlaqələrin bərpası tranzit layihələrinin aktivləşməsinə də səbəb olacaq.
Bu proses Şərqdən Qərbə tranzit əlaqələrinin genişlənməsinə imkan verəcək. Hər iki ölkənin tranzit ölkə kimi rolu artacaq, idxal-ixrac əməliyyatlarının səmərəliliyi yüksələcək. Yəni məsələ təkcə qarşılıqlı ticarət deyil, eyni zamanda digər ölkələrlə iqtisadi əlaqələrin daha effektiv həyata keçirilməsidir”.

Xalid Kərimli vurğulayıb ki, kommunikasiya xətlərinin açılması həm də məhsulların rəqabət qabiliyyətini artıracaq:
“Logistika imkanlarının genişlənməsi həm idxalın, həm də ixracın maya dəyərinə müsbət təsir göstərəcək. Bununla yanaşı, tərəflər tranzit gəlirləri də əldə edəcəklər. Bu baxımdan münasibətlərin normallaşması hər iki ölkənin iqtisadi artımı üçün mühüm amildir.
regionda sabitlik və sülh mühitinin yaranması xarici investisiyaların artmasına da səbəb olacaq.İnvestorlar əsasən təhlükəsiz və sabit bölgələrə üstünlük verirlər. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması regionun investisiya cəlbediciliyini artıracaq və iqtisadi inkişaf prosesini sürətləndirəcək”.

Günel Elxan