11:31
714
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, güclü diplomatiyası və uzaqgörən siyasəti sayəsində regionda tərəqqi, əməkdaşlıq və sülh prinsiplərinə söykənən tamamilə yeni eranın təməli qoyulub.
Bunu xalqcebhesi.az-a prezidentliyə sabiq namizəd, siyasi ekspert Fuad Əliyev deyib.
"44 günlük məlum müharibədə qələbədən sonra Azərbaycanın nəinki regionda, bütün dünyada nüfuzu gücləndi, rəsmi Bakı sübut etdi ki, onunla heç bir kəs güc dili ilə danışa bilməz. Bu gün Azərbaycan həm regionda, həm də dünyada barış mövqeyindən çıxış edir" - o, vurğulayıb.
F.Əliyev deyib ki, Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, qlobal səviyyədə öz sözünü deyən, prinsipial mövqeyə malik, müstəqil siyasət yürüdən ölkə statusu qazanması və yüksək beynəlxakq nüfuza malik olması Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.
Cavid
12:29
483
12:10
497
11:55
763