11:55
833
“Zəngəzur dəhlizi layihəsi çoxdan bitməli idi. Yəni dəhliz çoxdan açılmalı idi Məsələni dondurmaq, həll etmək əvəzinə uzatmaq sanki Ermənistan tərəfinin xislətindədir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.
M.Göyüşlü onların Qarabağ problemini də belə uzatdıqlarını vurğulayıb: “Qarabağ problemini həll etmək əvəzinə 30 il dondurulmuş vəziyyətdə saxladılar. İndi də Zəngəzur dəhlizi məsələsini sanki əllərində təsir vasitəsi kimi saxlayırlar. Bu dəhliz çoxdan açılmalı idi. Amma onlar məsələni hər dəfə bir bəhanə, əsassız fikirlərlə uzadırlar. Düşünürəm ki, real addımlar atılmalı, dəhliz açılmalı, sürətlə bərpa edilməlidir. Əgər onların niyyəti varsa, müraciət etsələr Azərbaycan tərəfi məsələnin gerçəkləşməsinə dəstək də verər. Ona görə də bu işi ən qısa zamanda həll etmək lazımdır”.
Röya İsrafilova
10:01
847
10:00
980
09:59
1 029