Burkina-Faso rəsmisi: BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik Siyasət

Burkina-Faso rəsmisi: BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik

Bakı Təşəbbüs Qrupu ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında imzalanan memorandum iki qurum arasında uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq.

Bunu Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun (INHEI) baş direktoru Filip Sandvidi brifinqdə bildirib.

O qeyd edib ki, imzalanan Anlaşma Memorandumu BTQ ilə əməkdaşlığın əsasını qoyur:

“Bu sənəd əməkdaşlığımızın başlanğıcıdır. Hazırda diplomatik təlim və akademik sahədə birgə fəaliyyət nəzərdə tutulur. Gələcəkdə isə əməkdaşlığımızı digər istiqamətlər üzrə də genişləndirməyi planlaşdırırıq”.