17:38
784
“Şuşada ənənəvi olaraq Qlobal Media Forumunun keçirilməsi artıq həm dünya, həm də Azərbaycanın media tarixində böyük bir hadisə kimi qəbul olunur. Bu il forumda 54 ölkədən 160 media nümayəndəsi iştirak edir. Onlar öz ölkələrinin tanınmış mətbuat nümayəndələri və ekspertləridir və burada həm mətbuat sahəsində gedən prosesləri müzakirə edəcək, həm dünya məsələlərinə dair natiqlərin çıxışlarını dinləyəcək, həm də Azərbaycanı daha yaxından tanıyacaqlar”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.
Deputat Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışının foruma xüsusi bir istiqamət verdiyini vurğulayıb: “Azərbaycanın dünya məsələlərinə münasibəti böyük maraq doğurur. Cənab Prezidentin Rusiya, ABŞ, Pakistan, İran, Avropa Birliyi ilə münasibətlərə dair mövqeyini açıqlaması forum iştirakçılarında böyük maraq doğurdu. Eyni zamanda, forum iştirakçıları Azərbaycanda gedən proseslərlə, xüsusilə işğaldan azad olunmuş ərazilərdəki proseslərlə yaxından tanış ola biləcəklər. Cənab Prezidentin “Bizim heç bir daxili riskimiz yoxdur, yeganə riskimiz Azərbaycanın avantüraya çəkilməsidir” fikri olduqca önəmlidir”.
A.Mirzəzadə Azərbaycan daxilində proseslərin konstitusiyaya və milli maraqlara uyğun olaraq davam etdiyini diqqətə çatdırıb: “Demokratiya, insan hüquqlarının qorunması bir reallıqdır. Sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir, böyük quruculuq işləri gedir. Vaxtaşırı Azərbaycanı avantüralara çəkmək istəyən qüvvələr olur. Azərbaycan bunu heç vaxt etməyəcək. Ölkəmiz qonşu ölkələrlə yaxşı münasibətlərin tərəfdarıdır, öz daxili məsələlərini milli maraqlarına uyğun həll edir və bundan sonra da həll edəcək, onu dünyaya açıq, demokratik, öz hüququnu bilən və qoruyan bir ölkə kimi tanıdacaq”.
Röya İsrafilova
18:39
378
18:38
392
18:13
504