Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb
14 İyul 12:04
1 981
“Şuşa Qlobal Media Forumu artıq çox ciddi ənənəvi beynəlxalq hadisəyə, eləcə də Azərbaycanı dünyaya tanıdan, onun maraqlarını dünyaya təqdim edən önəmli bir platformaya çevrilib və Azərbaycan Prezidenti hər il bu platformadan çox mühüm mesajlar səsləndirir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
M.Göyüşlü bu mesajlar sırasında Mərkəzi Asiya və türk ölkələri ilə münasibətləri xüsusi vurğulayıb: “Azərbaycan bu qardaş ölkələrlə münasibətlərini yüksək səviyyədə inkişaf etdirir. Azərbaycanın bu istiqamətdəki siyasəti bu ölkələrlə münasibətləri hər ay, hər il yeni platformaya çıxarılması ilə nəticələnir. Məhz Azərbaycanın fəal siyasəti nəticəsində Türkiyə ilə birgə Türk Dövlətləri Təşkilatında sıx birləşiblər. Bu cür münasibətlərin dünyada analoqu yoxdur. Dünyada elə bir dövlətlər yoxdur ki, bu şəkildə münasibətləri olsun. IV Şuşa Qlobal Media Forumunda da Prezident bu istiqamətdə önəmli mesajlar səsləndirdi. Hesab edirəm ki, bu məqamlar diqqəti xüsusilə cəlb etməli məsələlərdir”.
Röya İsrafilova
11:12
868
28 Avqust 19:34
1 260
28 Avqust 19:33
1 176