20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
20 İyul 15:37
2 695
“Bu gün əminliklə deyə bilərik ki, dünya birliyinə inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində ölkəmizin həyata keçirdiyi çoxşaxəli xarici siyasət bir çox sahələri geniş şəkildə əhatə etməkdədir və onların arasında siyasi, iqtisadi, humanitar və iqlim sahələrində bu strategiyanın daha qabarıq şəkildə biruzə verdiyini biz görürük”.
Bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov Xalqcəbhəsi.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, nəticə etibarilə bu strategiyanın da birtərəfli, birmənalı məqsədi ölkənin beynəlxalq nüfuzunu artırmaq, milli maraqları qorumaqla yanaşı, həm də ən yüksək səviyyədə təmin olunmasına nail olmaq, eyni zamanda regional əməkdaşlığın geniş şəkildə qurulması və bu əsasda da dayanıqlı inkişafın əldə olunması üçün əlverişli şəraitin yaradılmasıdır:
“Bu kontekstdə çoxtərəfli diplomatiyanın gücləndirilməsi və beynəlxalq təşkilatlarda fəal iştirak ölkəmizin beynəlxalq nüfuzunun birbaşa olaraq artmasına gətirib çıxarır.
Azərbaycan bu gün BMT, Qoşulmama Hərəkatı, eyni zamanda Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, D-8 və digər çox nüfuzlu platformalarda təmsil olunmaqla yanaşı, həm platforma daxilində əməkdaşlığın geniş şəkildə qurulmasını həyata keçirir, həm də təmsil olunduğu platformalararası əlaqələndirmə işlərində kifayət qədər fəaldır və bu da olduqca vacib göstəricidir. Türk dünyasına inteqrasiya məsələləri də dünya birliyinə inteqrasiya kontekstində çox vacib istiqamətlərdən biridir.
Nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ərazilərində orta hesabla 160–180 milyon əhali yaşayır, bütövlükdə isə Türk dünyasında 360 milyon əhalinin yaşadığı bildirilir. Türk Dövlətləri Təşkilatı Plus formatı üzərindən fəaliyyətin sürətlə həyata keçirilməsi həm də böyük bir arealda ölkəmizin nüfuzunun artması üçün əlverişli mühit yaradır”.
Deputatın sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında mövcud əlaqələrin daha möhkəm əsaslar üzərində qurulması nəticə etibarilə Azərbaycanın təşkilatın hüdudlarından kənara çıxan çox vacib inteqrasiya sahələrinin həyata keçirilməsinə nail olmasına imkan verir.
Günel Elxan
20 İyul 22:58
1 120
20 İyul 21:37
1 155
20 İyul 19:31
1 624