Şahin Mustafayev: Şimal–Cənub Dəhlizi hazırkı şəraitdə fasiləsiz yükdaşımaları təmin edir
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,9 milyard dolları ötüb
Rusiyadan Azərbaycan ərazisi ilə Ermənistana daşınan yüklərin həcmi açıqlanıb
Hindistan Səfirliyində Böyük Hindistan Yemək Festivalı keçiriləcək
24 Fevral 2020 11:33
2 023
“Bu gün dünyada gender problemi, bərabərlik məsələsi getdikcə aktuallaşır. Regionun davamlı inkişaf modelini həyata keçirmək üçün münaqişənin həllinə nail olmaq çox vacibdir”.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda keçirilən beynəlxalq konfransında deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas məsələ Qarabağ icmaları arasında dialoq yolu ilə sabitliyin və sülhün möhkəmləndirilməsidir.
“Regionun gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır və qaçqın və məcburi köçkün qadınlar bu prosesdə böyük rol oynamalıdırlar”, - Q.İsakzai vurğulayıb.