“Səxavət Əlisoy sürtülmüş şalvara yamaqdır” Siyasət

“Səxavət Əlisoy sürtülmüş şalvara yamaqdır”

Niyaməddin Orduxanlı: "Müsavat regionçuluq üzərində qurulmuş partiyadır, İsa Qəmbər də regionçudur"

Müsavat Partiyasında başqanlığa namizəd Səxavət Əlisoyun qurultayda namizədliyinin geri götürülməsinə BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı "Facebook"sosial şəbəkəsində münasibət bildirib.
Həmin statusu təqdim edirik: "Müsavat partiyasında, sən demə, Səxavət Əlisoy adında bir başqanlığa "namizəd" də var imiş. Bu adamın başqanlığa namizədliyi sürtülmüş şalvarın arxasına yamağa oxşayır. Guya bu adam Qubad İbadoğlunun xeyrinə namizədliyini geri götürməsə, İsa Qəmbərin yerlisi başqan seçilə bilməyəcək imiş. Yarınmağa başqa yol tapmayıb. Bu da özünü siyasətçi sayırmış... Hər kəs bilir ki, Müsavat Partiyası birbaşa regionçuluq əsasında yaranmış bir partiyadır. Bu partiyanı İsa Qəmbər Elçibəy hakmiyyətinə ağır zərbə vuraraq regional əsasda qurub və hamı da bilir ki, İsa Qəmbər heç vaxt bu partiyanın başına başqa regiondan, o cümlədən Naxcıvandan və ya Ermənistandan olan bir şəxsin gəlməsinə imkan verməz. İsa Qəmbər regionçudur. Buna İsa Qəmbərin xarakteri də yol verməz. Hamı da bunun dəfələrlə şahidi olub ki, hal-hazırda da Müsavat partiyasını maliyələşdirən şəxslər vaxtilə mətbuatda bəyan ediblər ki, Müsavat hakimiyyətə gəldiyi təqdirdə, "naxcıvanlılarla ermənistanlıları kürüyüb Xəzər dənizinə tökəcəyik". Bu partiyanın əsas siyasəti də buna söykənib. İsa Qəmbər 22 ildir bu arzusuna çata bilməyib, heç çata da bilməyəcək"...