Türkiyə bəşəriyyət tarixini yenidən yazır - Ərdoğan
9 Dekabr 21:32
Bu ilin 6 iyul tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə video konfrans formatında görüşü baş tutub.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüşdə Azərbaycanın Aİ yanında Nümayəndəliyinin rəhbəri və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri də iştirak ediblər.
Görüşün başlıca məqsədi Azərbaycan və Aİ arasında ikitərəfli tərəfdaşlıq gündəliyinə daxil olan, eləcə də Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı məsələlərinin müzakirəsi olub.
Xarici İşlər naziri COVİD-19 pandemiyasının təsirlərinə qarşı mübarizə sahəsində Aİ-nin ölkəmizin milli səylərinə dəstək göstərən yardımlarına görə təşəkkürünü bildirib, bu çərçivədə bundan sonra da əməkdaşlığın praktiki istiqamətlərdə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Video konfrans zamanı Aİ-nin qaydalara əsaslanan dünya nizamı üzrə bölüşülən dəyərləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək verilməsi ilə bağlı prinsipial mövqeyi Azərbaycan Xarici İşlər naziri tərəfindən məmnunluqla qeyd edilib, tərəflər Şərq Tərəfdaşlığı ölkələrinin gələn il keçirilməsi nəzərdə tutulan zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş ilə bağlı müzakirələr aparılıb və bu sazişin yekunlaşdırılması ilə bağlı hər iki tərəfin maraqlı olduğu vurğulanıb. Yaxın zamanlarda tərəflərin saziş üzrə danışıqları yenidən davam etdirəcəyi qeyd olunub və danışıqlarda irəliləyişin əldə olunmasına dair ümid ifadə olunub.
Tərəflər, həmçinin Vahid Aviasiya Məkanının yaradılması haqqında Saziş, Tərəfdaşlıq Prioritetləri, Azərbaycanın Aİ proqramlarında iştirakı, vizaların ləğvi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Enerji və nəqliyyat bağlılığı sahələrində əməkdaşlıq məsələləri üzrə müzakirələr aparan Azərbaycan və Aİ rəsmiləri hər iki istiqamətdə mövcud olan böyük layihələr və onların gələcək inkişafı perspektivlərini nəzərdən keçiriblər.
Görüşün sonunda növbəti Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının keçirilməsi barədə fikir mübadiləsi baş tutub.
Hər iki tərəf mövcud qlobal pandemiya şəraitində onlayn müzakirələrin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, pandemiyadan sonra birbaşa təmasların və görüşlərin təşkilini razılaşdırıblar.