Lavrov: Rusiya artıq Körfəz ölkələrindən sülh konsepsiyası ilə bağlı rəylər alıb
Dodon: "Moldova hakimiyyəti Rusiya ilə dialoqa başlamalıdır"
Culfada binada yanğın olub, ana və azyaşlı övladı xəsarət alıb - FOTO
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək
“Neftin bundan daha yüksək qiymətə qalxmasının ehtimalı azdır”
4 Sentyabr 2020 16:22
4 844
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) husilərin Ərəbistanda mülki şəxs və obyektləri hədəfə almasını pisləyib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.
"Husi yaraqlılarının Səudiyyə Ərəbistanında mülki şəxsləri və mülki obyektləri hədəf alan davamlı cəhdlərini pisləyirik" - deyə paylaşımda bildirilir.
XİN, həmçinin qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyini qorumaq üçün gördüyü bütün tədbirləri dəstəkləyir.
Xatırladaq ki, bir neçə gün öncə Husi yaraqlıları Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına partlayıcı dron vasitəsilə zərbə endirməyə cəhd ediblər.