“Sabah İŞİD gələndə...” Siyasət

“Sabah İŞİD gələndə...”

Siyavuş Novruzov: "Biz bəstəkar axtarmayacağıq, onun qabağına çıxan insanları bu gündən yetişdirməliyik"

"Bu gün təhsil alan Azərbaycan oğlanlarından 20 faizdən artığı ordunun tələblərinə cavab vermir". Bu barədə parlamentdə büdcə müzakirələri zamanı millət vəkili Siyavuş Novruzov deyib.
O qeyd edib ki, məktəblərdə hərbi dərslər də, idman dərsləri də bərpa olunmalıdır: "Hazırlıq olmalıdır, imtahan verməlidir. Biz kişi yetişdiririk. Lap olsun onlardan beşi Nobel mükafatçısı, bəstəkar. Amma bizə əsgər də lazımdır. Sabah İŞİD gələndə biz bəstəkar axtarmayacağıq. Onun qabağına çıxan insan lazımdır. Biz bu gündən onları yetişdirməliyik. Heç olmasa silahın növünü bilməlidir. Heç olmasa, öz ailəsini düşməndən qorusun. Bir xarici qonaq bir dəfə mənə dedi ki, sizdə kitab buraxmırlar, soyuq silah buraxırlar. Elə qalın üzlü kitab yazırlar ki, kimin başına vursan, yəqin ki çoxdan dünyasını dəyişmişdi. İçərisində də bir şey yoxdur. Ona görə də bu uşaqlara insanların yazığı gəlsin".