Azərbaycan Prezidenti: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq” Siyasət

Azərbaycan Prezidenti: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”

Azərbaycan Prezidenti İlham Əliyev Bərdə şəhərinin ermənilər tərəfindən raket atəşinə tutulması ilə bağlı “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.