İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı açıqlamasını sevinclə izlədik - Ərdoğan Siyasət

İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı açıqlamasını sevinclə izlədik - Ərdoğan

Azərbaycan torpağının işğal olunmasına səssiz qala bilməzdik və qalmadıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Ermənistanın 28 illik zülmü qarşısında ATƏT-in Minsk qrupu azərbaycanlı qardaşlarımızı qaçqın vəziyyətində saxladı. Bu işğala Minski qrupu heç bir çarə tapmadı, həll yolu təklif etmədi:

"Azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll etdi. Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı açıqlamasını sevinclə izlədik. Şuşanın azad olunması ilə ümidlərimiz daha da artıb. Başda İlham Əliyev olmaqla Azərbaycan xalqını təbrik edirəm. Bu mübarizə Qarabağ işğaldan tam azad olunana qədər davam edəcək. Heç şübhəsiz, bütün ərazilər işğaldan tam azad olunacaq".