İran Qarabağ və ətraf ərazilərin bərpasında iştirak etməyə hazırdır - Parlament sədri Siyasət

İran Qarabağ və ətraf ərazilərin bərpasında iştirak etməyə hazırdır - Parlament sədri

İran və Azərbaycandakı mövcud müxtəlif potensiallardan və imkanlardan münasibətlərin hərtərəfli şəkildə inkişaf etdirilməsi üçün istifadə edilməlidir.

Trend-in məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

M.B.Qalibafın sözlərinə görə, İran və Azərbaycan arasında dərin mədəni və dini ortaq cəhətlər var:

“İkitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün münasib addımlar atılmaqdadır. Bu istiqamətdə sərhəd əməkdaşlıqları, dəmiryol xətlərinin birləşdirilməsi prioritet ola bilər”.

İran parlamentinin sədri qeyd edib ki, İranın Ali Lideri, İran parlamenti, İran rəsmiləri və xalqı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədilər:

“İran müharibədən zərərçəkən ərazilərin bərpasında təcrübəli olduğuna görə, Qarabağ və ətraf ərazilərin bərpasında iştirak etməyə hazırdır”.