9 Mart 2021 13:00
1 533
“Bələdiyyələrin qaldırdığı əsas problemlərindən biri yerli icra hakimiyyəti orqanlarından asılılıqdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, bu asılılıq aradan qaldırılmadığı müddətcə bələdiyyələrin səmərəli fəaliyyətindən söhbət gedə bilməz: “Bələdiyyələrin kadastr sənədləri olmadığından əkin sahələri üçün verilən subsidiyaları ala bilmir”.
Deputat deyib ki, bələdiyyələrin real vəziyyətini bilmək üçün onların təmsilçiləri dinlənilməlidir: “Bələdiyyələrin dinlənilməsi nəticəsində bu sahədə nə qədər problem olduğunu və qarşıda duran vəzifələri daha yaxından öyrənmək olar”.
3 İyun 23:06
1 218
3 İyun 20:12
4 389
3 İyun 17:47
1 554