XIII Qlobal Bakı Forumu keçirilir, Prezident İlham Əliyev açılış mərasimində çıxış edib - YENİLƏNİB
Latviyanın sabiq Prezidenti: BMT-nin quruluşunda müəyyən ziddiyyət var
İtaliyanın Ərbildəki hərbi bazası raket zərbəsinə məruz qalıb
Vayra Vike-Frayberqa: Prezidentin dəstəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üçün mühüm olub
Baş nazir İrakli Kobaxidze müsəlman icmasına iftar süfrəsi verib
31 Mart 2021 15:18
2 408
“Ermənilər təkcə 103 il əvvəl deyil, 90-cı illərin əvvələrində də Azərbaycan ərazilərini işğal etməklə dinc insanlarımıza qarşı qətliamlar törədib, Xocalı soyqrımını həyata keçirib. Bu işğal nəticəsində insanlarımız öz doğma yurdlarından didərgin düşdülər. Bu, onun göstəricisidir ki, ermənilərdə nəsil dəyişsə də, faşist ideologiyası dəyişmir və bu onların dövlət siyasətinin bünövrəsini təşkil edir”.
APA-nın xəbərinə görə, bunu Quba Soyqrımı Memorial Kompleksində jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, 1918-ci ildə törədilən soyqrımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir.
A.Kərimov bildirib ki, məhz buna görə də bu məsələyə beynəlxalq müstəvidə qiymət verilməlidir və tanıdılmalıdır. Nazir əlavə edib ki, Quba Soyqrımı Memorial Kompleksinin inşası da məhz bu məqsədlərə xidmət edir.
O deyib ki, azərbaycanlılar heç zaman ermənilərin törətdiyi cinayətləri unutmamalıdır.
11:04
560
10:54
392
10:53
392



