Bu günə qədər yüzlərlə raket və mərmilərin zərərsizləşdiriməsi həyata keçirilib - İdris İsmayılov Siyasət

Bu günə qədər yüzlərlə raket və mərmilərin zərərsizləşdiriməsi həyata keçirilib - İdris İsmayılov

Bu gün Türkiyədən gələn AID Beynəlxalq Həkimlər Dərnəyinin sədri Mevlit Yurtsevən və həkim, professor Yaşar Tatar və ANAMA Operativ Qərargahın rəisi İdris İsmayılov müharibə zamanı bədənlərinin hər hansı bir üzvünü itirmiş qazilərin Türkiyəyə aparılaraq protezlərin hazırlanması və təslim edilməsi ilə bağlı mətbuat konfransı keçirib.

Tədbirdə çıxış edən İdris İsmayılov bildirib ki, 27 sentyabr 2020-ci il tarixindən bu günə qədər yüzlərlə raket və mərmilərin zərərsizləşdiriməsi həyata keçirilib. 17 milyon kvadrat kilometrdən çox ərazilərdə əməliyyat-axtarış tədbirləri aparılıb. Bu günə kimi ANAMA-nın 4 əməkdaşı işğaldan azad olunmuş əraziləri minalardan təmizləyərkən müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Eyni zamanda, 29 mülki vətəndaş maxtəlif dərəcəli bəxən xəsarətləri alıb.