Trampa İran və İsrail arasında vəziyyətin gərginləşməsi barədə məlumat verilib
Tramp Livanın İranla bağlı qısamüddətli sazişə daxil edilməsini tələb etmir
Ermənistanda parlament seçkilərində seçici fəallığı 58,97 faiz olub
Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
Tramp "NBC News"a müsahibəni yarımçıq qoyaraq məkanı tərk edib
25 Aprel 2021 14:03
2 863
Qondarma “erməni soyqırımı”nın tanınması dağıdıcı fəsadlara malik olacaq.
Bunu Trend-ə israilli ekspert, vəkil Eli Naxt deyib.
Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın tanınması ədalət axtarışı demək deyil:
"Mənim fikrimcə, bu, Bayden administrasiyasının Suriya məsələsində, "Cənub axını" qaz kəməri layihəsində, S-400 zenit-raket komplekslərinin alınması məsələsində fikir ayrılıqlarına görə, prezident Ərdoğandan qisas almaq niyyətidir".
Ekspert bildirib ki, qondarma “erməni soyqırımı”nın tanınması ilk növbədə ABŞ-ın özü üçün qeyri-məhsuldar rəmzi addım olacaq:
"Bu addım dağıdıcı fəsadlara gətirib çıxaracaq və ABŞ-Türkiyə münasibətlərində destabilizasiyaya, eləcə də Azərbaycanla ABŞ arasında münasibətlərində çətinliklərə yol açacaq. Eyni zamanda bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına da kömək etməyəcək"
E.Naxt əlavə edib ki, bu addımın əvəzində ABŞ heç bir siyasi dividend qazanmayacaq:
"Qərar qəbul edərkən prezidend Bayden emosiyalarını yox, öz ölkəsinin geosiyasi maraqlarını rəhbər tutmalıdır".
(Tərcümə: Orxan Nəbiyev)
6 İyun 21:28
4 809
6 İyun 16:34
1 981
6 İyun 14:21
10 577