"Dil kursları Kolumbiya-Azərbaycan əlaqələrinin inkişafında simvola çevrilib" - Kolumbiya səfiri Siyasət

"Dil kursları Kolumbiya-Azərbaycan əlaqələrinin inkişafında simvola çevrilib" - Kolumbiya səfiri

Kolumbiya “Azərbaycanlı dövlət qulluqçularına ispan dili kursları vasitəsilə Kolumbiya mədəniyyətinin təşviqi” layihəsinin IX versiyasının açılışını həyata keçirdi.

Bu barədə "Xalq Cəbhəsi"nə Kolumbiyanın ölkəmizdəki səfirliyindən məlumat verilib. Bildirilir ki, videokonfrans formatında baş tutan “Azərbaycanlı dövlət qulluqçularına ispan dili kursları vasitəsilə Kolumbiya mədəniyyətinin təşviqi” layihəsinin IX versiyasının açılış mərasimi Kolumbiya Hökumətinin Kolumbiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Pontifisia Bolivariana de Medellin Universitetinin nəzdində keçirilib.

2013-cü ildən Kolumbiyanın Prezident yanında Beynəlxalq Əməkdaşlıq Agentliyinin (APC Kolumbiya) dəstəyi ilə keçirilən bu təşəbbüs proqramından indiyədək 247 azərbaycanlı diplomat və dövlət qulluqçusu yararlanıb. Bu ilki kurslarda isə 45 dövlət qulluqçusu ispan dilinin tədrisi ilə kolumbiya mədəniyyəti ilə yaxından tanış olub.

Prezident Administrasiyası, Xarici İşlər, Mədəniyyət, Milli Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ədliyyə, İqtisadiyyat, Kənd Təsərrüffatı, Energetika, Maliyyə nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi və Milli Elmlər Akademiyası kimi müxtəlif dövlət strukturlarında fəaliyyət göstərən yeni tələbələr də kurslarda iştirak edirlər.

Kursların bu ilki versiyasının açılışında Kolumbiyanın Xarici İşlər Naziliyinin Mədəniyyət üzrə İdarəsinin Rəisi Katalina Albarrasin Suarez, APC Kolumbiyanın Baş Direktoru Anxela Ospina de Nikols, Universitenin Rektoru Xulio Xairo Sebayos Sepulveda iştirak edib.

Açılışda, Diroktor Albarrasin tələbələri salamlayaraq APC Kolumbiyanın dəstəyinə görə minnətdarlığını bildirib və Universitetlə birgə edilən bu işi yüksək dəyərləndirdiyini vurğulayıb, xarici dil kimi ispan dilinin öyrənilməsinin vacibliyini qeyd edərək tələbələri coğrafi müxtəlifliyə malik olan Kolumbiyaya dəvət edib.

“Dünyanın İspan dilli olmayan müxtəlif ölkələri ilə əməkdaşlıq layihələrimizin sayını artırmaq kimi bir məqsədimiz var və yalnız bir-birimizi yaxından tanımaqla, təcrübə mübadilə ilə buna nail olmaq olar. Buna görə də, bu kurslarıölkələrimiz arasındakı bağları möhkəmləndirmək və həmrəylik, bərabərlik və qarşılıqlı maraqlara xidmət edən Əməkdaşlıq layihələrimizə təkan verəcək”, - APC Kolumbiyanın direktoru Anxela Ospina de Nikols vurğulayıb.

Öz növbəsində, Rektor Universitetə belə bir layihədə iştirak hüququ verdikləri üşün minnətdarlığını bildirdi və əvvəlki illərdə keçirilən kurslarda əldə edilən təcrübələri davam etdiriləcəyinə söz verib.

Açılışda Kolumbiyanın xarici ölkələrdə akreditə olunmuş Səfirləri də iştirak edib. Bu ilki kurslarda, dörd beynəlxalq təşkilatlara üzv olan 28 ölkənin 1064-ə yaxın diplomatları və dövlət qulluqçuları iştirak edir.

Kolumbiyanın Azərbaycandakı Səfiri Luis Antonio Dimate Kardenas iştirakçiları salamlayaraq iki ölkə arasında dostluq əlaqələrinin inkişafında göstərəcəkləri töhfələrə görə minnətdarlığını bildirib: “Bu kurslar Kolumbiya ilə Azərbaycan arasında əlaqələri inkişafında simvol layihəyə çevrilib. Ölkələrimiz və xalqlarımız arasında mədəniyyətləri daha da yaxınlaşdırmaq və onların bir-birini tanınmasına xidmət edən mükəmməl platformadır. Həmçinin, bizim ölkələrlə İberoamerika ölkələri ilə əlaqələrini inkişaf etdirməsi üçün Azərbaycan Hökumətinin bu kurslarda iştirakı insan kapitalına verdiyi ən mühüm və vacib töhfələrindən hesab edilə bilər", - səfir deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Kadrlar və İxtisasartırma İdarəsinin müdiri Raman Məmmədov və həmin idarənin şöbə müdiri Günay Rəhimova da iştirak edib.

Cavid