“Beynəlxalq təşkilatlar Hindistana təzyiq etməlidirlər”-səfir Siyasət

“Beynəlxalq təşkilatlar Hindistana təzyiq etməlidirlər”-səfir

Bu gün Pakistan Azərbaycandakı səfirliyində “Kəşmirdə son vəziyyət” adlı mətbuat konfransı keçirilib. Xalqcəbhəsi.az xəbər verir ki, səfir Bilal Hayee Kəşmirdəki hazırda mövcud oıan durumla bağlı məlumat verib. Eyni zamanda zaman-zaman Hindistan tərəfndən Kəşmir əhalisinə qarşı həyata keçirilən diskriminasiya syasətinə toxunub və bunu faktlarla media nümayəndələrinin diqqətinə çatdırıb: “Beynəlxalq ictimaiyyət bəşər tarixinin qara ləkəsi olan soyqırımlara yox deməli və yeni faciələrin təkrar olunmasının durdurulmasına çalışmalıdır. Onun sözlərinə görə, tarixdə yəhudilərin, Bosniyada müsəlmanların soyqırımı var. Eyni zamanda Ruanda soyqırımını unutmaq olmaz. Bu gün Hindistanın işğalında olan Cəmmu və Kəşmirdə insanlar təzyiq və təqiblərə məruz qalırlar. Heab edirəm ki, dünya buna səssiz qalmamalı və etiraz səsini ucaltmalıdır. Amma təəssüf ki, bu etiraz səslərini eşitmirik. Hindistan beynəlxalq təşkilatların bölgəyə girişini əngəlləyir. Dost ölkə Azərbaycan Kəşmir xalqının istəyini anlayır. Nəzərinizə çatdırım ki, ölkəmiz Kəşmirin öz müqəddəratını təyin etmə hüququnu dəstəkləyir. 1989-cu ildən indiyədək Kəşmirdə 96 min insan öldürülüb, 162 min insan həbs olunub, 11 250 qadın təcavüzə məruz qalıb, 23 min qadın dul, yüz minlərlə uşaq yetim qalıb, 25 mindən çox insan yaralanıb. BMT və onun insan haqları ilə bağlı müvafiq orqanları, beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirməlidir və Hindistana təzyiq etməlidirlər...”.

Əli Zülfüqaroğlu