Artan vergi ödəmələri və vergidən yayınma halları
17 Aprel 23:40
17 Aprel 23:40
17 Aprel 23:32
17 Aprel 23:30
17 Aprel 23:22
“Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinqində erməni jurnalistlərinin iki sualına cavab verib. Erməni jurnalistlər onlayn formatda verdikləri suallardahəmişəki kimi Zaxarovadan Azərbaycan əleyhinə cavab qoparmağa çalışıblar”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Eksert bildirib ki, “Rusiyanın Azərbaycanın Gorus-Qafan yolunu bağlamasına münasibəti necədir” sualına Zaxarova diplomatik cavab verərək Azərbaycanı ittiham etməkdən çəkinərək, sadəcə deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsini istəyir və bu məsələdə vasitəçi olmağa hazırdır: “Daha sonra yayılan məlumata görə həqiqətən Moskva sərhədin delimitiasiyası və demarkasiyası məqsədilə təkliflərini Bakıya və İrəvana göndərib.
Erməni jurnalistin digər “Rusiyanın Azərbaycanın Türkiyə ilə birgə Laçında təxribatçı təlimlərinə münasibəti necədir” sualına Mariya Zaxarovanın cavabı isə belə olubki, Rusiya haqqında danışılan təlimlə bağlı mövqeyini Bakının diqqətinə çatdırıb. Yəni Zaxarova dolayısıyla demək istəyib ki, RusiyaLaçında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahat olub. Buna baxmayaraq, Zaxarova erməni mediasının manipulyasiyaimkanlarını nəzərə alaraq cavabına bu cümləni də əlavə edib: “Azərbaycanlı həmkarlarımızla daima təmasdayıq, ona görə əlavə şərhə ehtiyacduymuram”.
Ermənilər istəyərdi ki, Mariya Zaxarova hər ikisuala “Gorus-Qafan yolunun bağlanması doğrudeyil, Azərbaycan yolu açmalıdır” və “Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri sülhə və sabitliyə zərbədir” şəklində cavab verərdi. Zaxarova ara-sıra ağzından Azərbaycan əleyhinə söz qaçırır. Ancaq Zaxarova Kremlinsiyasətindən kənara çıxara bilməz. Bu siyasət isə bundan ibarətdir ki, Emənistan stratejimüttəfiq olsa da, Azərbaycan da tərəfdaşdır və Azərbaycanı qıcıqlandırmaq olmaz. Halbuki, Rusiya hərbçilərinin Qarabağdakı hərəkətləri bizdə qıcıq oyadır, Laçınımızda “pilotsuz uçuşaparatlarına qarşı hərbi təlimləri” münasibətlərə zərbə vurur. Odur ki, Mariya Zaxarova dabilməmiş deyil ki, Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Rusiya hərbçilərinin təxribatına cavabdır”.
Əli