Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
ABŞ-ın siyasəti dünyanın bir çox yerlərində provokativ xarakter daşıyır”-Tofiq Abbasov

ABŞ-ın siyasəti dünyanın bir çox yerlərində provokativ xarakter daşıyır”-Tofiq Abbasov Siyasət

ABŞ-ın siyasəti dünyanın bir çox yerlərində provokativ xarakter daşıyır”-Tofiq Abbasov

“Amerika Birləşmiş Ştatlarının siyasəti dünyanın bir çox yerlərində belə qeyri-müəyyən, hətta provokativ xarakter daşıyır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O, bildirib ki, ABŞ ümumiyyətlə özünün milli hüdudlarından kənarda ağır vəziyyətləri, böhranlı şəraiti dəstəkləyir, onu çox böyük ruh yüksəkliyi ilə qarşılayır: “Çünki, əslində belə situasiyalar fövqəlqüvvələrə imkan yaradır ki, onlar proseslərə müdaxilə, yaxud tərəfkeşlik etsinlər, öz mövqelərini möhkəmlətsinlər və bütün prosesə nəzarəti öz əllərində saxlasınlar. Deyərdim ki, bu məsələdə ABŞ rekordlara imza atan dövlətdir. Dağlıq Qarabağ məsələsinə gəlincə ABŞ bir tərəfdən deyir ki, Azərbaycanla müttəfiqdir, digər tərəfdən də bu tipli addımlar atır. Rusiya ilə münasibətlərlə bağlı da ABŞ həmişə Moskvanı borclu çıxarmağa çalışır. Onların çəkişmə dialoqu əvvəli olan və sonu olmayan bir prosesə çevrilib. Ona görə də orada Rusiyanın baş moderatorluq rolunu öz üzərinə götürməsi Amerikanın ürəyincə deyil. Amma ABŞ-a lazım olan odur ki, bizim bölgə onların diqqət mərkəzindədir. Bu da İran və Rusiya ilə bağlıdır. Onlar uzaqda olsalar da çalşırlar ki, burada öz təsirlərini gücləndirsinlər. ABŞ-ın İrəvandakı səfirliyinin çox böyük kontingentə malik olması təsadüfi deyil. Biz açıq aydın aydın görürük ki, ABŞ, Fransa və Rusiyanın daxilində olan bəzi qüvvələr yenə də təxribat yönlü hərəkətlərini davam etdirirlər. Çalışırlar ki, Azərbaycanı küncə sıxsınlar. Ancaq Azərbaycan bu situasiyadan kifayət qədər məharətlə çıxacaq. Bu onunla bağlıdır ki, biz, ilk növbədə hərbi kampaniyanı uğurla başa vurmuşuq. Digər tərəfdən ola bilsin ki, daha bir kampaniyaya ehtiyac olacaq. Çünki qalıq bandit yuvasını dağıtmaq lazımdır. Sonra separatçıların gecələr təxribat törətmək istəklərinin qarşısını almalıyıq. Əsas odur ki, Azərbaycan bütün prosesləri nəzarət altında saxlayır və vaxtı gələndə biz, müvafiq tədbirləri də görməli olacağıq”.

Politoloq bildirb ki bu prosesdə Azərbaycanın zəif nöqtəsi yoxdur: “Çünki biz beynəlxalq hüquq normaları çərçivəsindən kənara bir addım belə atmırıq. Digər tərəfdən biz öz niyyətlərimizi bəyan etmişik. Ermənistana qarşı bizim ərazi iddialarımız yoxdur. Əksinə Ermənistanın bizə, Türkiyəyə ərazi iddiaları var. Bunlar hamısı yeni münaqişələrə yol açan təhlükəli komponentlərdir. Onların qarşısını almağın yolu var və Azərbaycan da bunu məharətlə həyata keçirəcək. Söhbət nədən gedir? İlk növbədə gərək biz, onların bütün hərbi hazırlıqlarının gedişatını diqqətdə saxlayaq. Lazım gələrsə ünvanlı şəkildə onların bazalarını, meşələrdə yerləşən nöqtələrinin hamısını məhv edək. Bunun üçün bizim silah sursatımız və bütün imkanlarımız var. Digər tərəfdən də diplomatik səylərimizi gücləndirməliyik. İlk növbədə bizi dəstəkləyən dövlətlərimizlə dialoqlarımız davam etdirilməlidir. Qoşulmama Hərəkatında siyasətimizin yeni mərhələsini həyata keçirməliyik ki, bununla bağlı dövlət başçısı lazımi addımlar atır. Nəhayət bölgə dövlətləri ilə münasibətlərimizi tənzimləməli, xüsusilə Türk Birliyi ilə daha sıx əlaqələrə malik olmalıyıq...”.

Əli Zülfüqaroğlu