Prezident İlham Əliyevin xalqa müraciəti Ağdam Cümə məscidinin qarşısında dinlənilib - FOTO Siyasət

Prezident İlham Əliyevin xalqa müraciəti Ağdam Cümə məscidinin qarşısında dinlənilib - FOTO

27 Sentyabr - Anım Günü ilə əlaqədar Ağdam Cümə məscidində mərasim keçirilib. Öncə şəhidlərin xatirəsi sükutla yad edilib. Daha sonra şəhidlərin ruhuna dualar oxunub. Bərdə və Ağdamdan olan din xadimlərinin iştirakı ilə namaz qılınıb və ayələr oxunub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, mərasimin sonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti televiziya vasitəsi ilə Ağdam Cümə məscidinin qarşısında da dinlənilib.

Anım Günü ilə bağlı mərasimdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Bərdə və Ağdamdan olan din xadimləri, polislər və hərbçilər iştirak ediblər.