Ərəb mediası azərbaycanlı şərqşünasın məqaləsini yaymlayıb Siyasət

Ərəb mediası azərbaycanlı şərqşünasın məqaləsini yaymlayıb

İordaniyanın “Əl Ənbat”, “Cohina” portalları və“Nayrouz” informasiya agentliyi, həmçininİraqın “Əfkar Hürə” qəzeti azərbaycanlışərqşünas Həşim Məmmədovun “Azərbaycanvə azadlıq müharibəsindən sonra yeni reallıq” sərlövhəli məqaləsini yayıb. Bu barədə xalqcəbhəsi.az-a müəllif özü məlumat verib.Məqalədə Azərbaycanın geosiyasi baxımdan mürəkkəb və həssas regionda yerləşdiyi, bu amilin rəsmi Bakını beynəlxalq münasibətlərdə daha korrekt və balanslı siyasət yürütməyə vadar etdiyi qeyd olunur. Regional aktorlar olanqonşular - Türkiyə, Rusiya və İranla, habeləmöhkəm iqtisadi əməkdaşlıq qurulmuşGürcüstanla qarşılıqlı faydalı əməkdaşlıq vəmehriban qonşuluq əlaqələri mövcuddur. Yalnızişğalçı siyasət aparan Ermənistanla bu əlaqələryoxdur. Azərbaycan Prezidenti İlham Əliyevinbu müdrik siyasi kursu öz müsbət nəticələriniverir. Eyni zamanda, Qərblə də konstruktivəməkdaşlıq xarici siyasətin əsasistiqamətlərindən biridir.

Azərbaycanın Vətən müharibəsindəQələbəsindən sonra Çinin ölkəmizə marağı dahada artıb. Rəsmi Pekin Zəngəzur dəhlizini Asiyailə Avropa arasında yeni bir logistika mərkəzikimi dəyərləndirir.

Müəllif bütün bu amilləri nəzərə alaraq yazır ki, artıq regionda yeni reallıq yaranıb. Azərbaycantorpaqlarının işğaldan azad olunması nəinkiregional, habelə beynəlxalq miqyasdaəməkdaşlığın güclənməsinə təkan verəcək.