“Azərbaycanın qələbəsi beynəlxalq siyasi və hərbi gündəmi formalaşdırdı” – Tural İsmayılov Siyasət

“Azərbaycanın qələbəsi beynəlxalq siyasi və hərbi gündəmi formalaşdırdı” – Tural İsmayılov

“Ölkəmizin qələbəsi regiona yeni reallıqlar gətirdi”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. O, diqqətə çatdırıb ki, Azərbaycan qalib tərəf olaraq həm bölgə üçün, həm Ermənistan üçün gündəmi formalaşdıran dövlətdir: “Bunu şərtləndirən amillə çoxvektorludur. Əvvəla bilməliyik ki, savaşa qədər Azərbaycanda güclü siyasi və hərbi islahatlar aparıb. Ölkənin iqtisadi dayanıqlığı təmin edilib. Ordu quruculuğu ən yüksək standartlara gətirilib. Ölkənin müdafiə sənayesi regionda əsas göstəricilərə malik olub. 30 illik işğal dövründə beynəlxalq ədalətsizliyə, siyasi ikiüzlülüyə məruz qalan ölkəmiz ali baş komandanın siyasi iradəsi və ordumuzun rəşadəti sayəsində imperialist maraqların, siyasi qəsbkarlığın, haqsızlığın başına dəmir yumruq endirdi. Cənab Prezident Anım Günü ilə bağlı xalqa müraciətində bir daha vurğuladı ki, bizim zəfərimiz əbədidir. Dövlət başçısı daha sonra bildirdi: “Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Ekspert bildirib ki, Azərbaycanın şərtləri ədaləti təcəssüm etdirir və hər kəsin bunu qəbul etməkdən başqa yolu yoxdur.

Əli