10:02
5 Mart 21:41
KİV: İran ABŞ və İsrailin təhdidlərindən sonra Xameneinin yerinə təyinatı təxirə salıb
Azərbaycan və Moldova XİN-ləri arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb
Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatıb, 133 mindən çox abituriyent qeydiyyatdan keçib
Fransa İrana qarşı hərbi əməliyyatlarda iştirakını təkzib edib
28 Sentyabr 2021 14:41
3 584
Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.