Prezident Ersin Tatar ABŞ -da yaşayan Kipr türkləri ilə görüşüb Siyasət

Prezident Ersin Tatar ABŞ -da yaşayan Kipr türkləri ilə görüşüb


Prezident Ersin Tatar Nyu - Yorkda və ətraf əyalətlərdə yaşayan Kipr türkləri ilə görüşüb.

"Xalq Cəbhəsi" xəbər verir ki, Prezident Tatar, Port Vaşinqton qəsəbəsindəki toplantıda Kiprdəki son hadisələr haqqında iştirakçıları məlumatlandırıb və fikirlərini dinləyib.
Suveren bərabərliyə və bərabər beynəlxalq statusa əsaslanan yeni siyasət haqqında iştirakçıları da məlumatlandıran Prezident Tatar, onlardan böyük maraq və dəstək alıb.
Prezident Tatar, çıxışında, vətəni Kipr ilə əlaqələrini heç vaxt kəsmədikləri üçün iştirakçılara təşəkkür edib və 1950-60 -cı illərdən sonra, əksəriyyətinin köç etmək məcburiyyətində qaldıqlarından sonra bir çox irəliləyişlərin olduğunu vurğulayıb.
Nyu - York əlaqələri haqqında məlumat verən Prezident Tatar, yeni siyasətin Türkiyə Cümhuriyyəti tərəfindən tam dəstəkləndiyini ifadə edib.
Türk Evinin açılışına qatıldığını və bir mərtəbənin KKTC nümayəndəsinə ayrıldığını deyən Prezident Tatar, bunun burada yaşayan insanlar üçün çox sevindirici olduğunu dilə gətirib.

Cavid