Avropa Şurası Ermənistanla Azərbaycan arasında etimadın qurulması üçün danışıqlara başlayıb Siyasət

Avropa Şurası Ermənistanla Azərbaycan arasında etimadın qurulması üçün danışıqlara başlayıb

Bu yaxınlarda Avropa Şurası Ermənistanla Azərbaycan arasında etimadın qurulması üzrə tədbirləri təklif etmək üçün danışıqlara başlayıb.

Bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Şuranın Parlament Assambleyasının (AŞ PA) payız sessiyası zamanı deyib.

Onun sözlərinə görə, Avropa Şurası etimadın möhkəmləndirilməsi üzrə tədbirləri yalnız hər iki tərəfin razılaşacağı təqdirdə təklif edəcək: "Etimadın möhkəmləndirilməsi tədbirləri digər şəkildə bir-birilə ünsiyyət qurmayanlar üçün faydalı olacaq. Bu tədbirlər sayəsində onlar ünsiyyətə başlaya bilər".